Messi yenə ən yaxşı futbolçu seçildi

Messi yenə ən yaxşı futbolçu seçildi
19 Aprel 2019 [14:48]

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab qarşılaşmalarının keçirildiyi həftənin ən yaxşı futbolçusu müəyyənləşib.


Mia.az UEFA-nın saytına istinadla xəbər verir ki, "Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu seçilib.


Otuz iki yaşlı hücumçu bu nominasiyada Heunq-Min Son ("Tottenhem”), Roberto Firmino ("Liverpul”) və Frenk de Yonqu ("Ayaks”) qabaqlayıb.


L.Messi "Barselona”nın dörddəbir final mərhələsinin cavab görüşündə doğma meydanda İngiltərənin "Mançester Yunayted” klubunu məğlub etdiyi matçda (3:0) iki qolla yadda qalıb.

İdman xəbərləri
Mia.az digər xəbərlər