“Mətbuatda İçərişəhərlə bağlı yer alan məlumatlar ürək ağrıdır”

“Mətbuatda İçərişəhərlə bağlı yer alan məlumatlar ürək ağrıdır”

Vahid Əhmədov: “Bakı Azərbaycanın gözüdür və onun tarixi abidələrini qorumaq borcumuzdur”

Son vaxtlar Bakınıntarixi hissəsi olan qədim İçərişəhərdə bəzi tikinti işlərinin aparılması iləbağlı ölkə mətbuatında yer alan məlumatlar ictiamiyyət arasında ciddi narahatlığasəbəb olub.

Moderator.az-aaçıqlamasında cəmiyyətin bu məsələ ilə bağlı narahatlığını bölüşən millət vəkiliVahid Əhmədov, tarixi abidələrin qorunmasının vacibliyinə diqqət çəkdi:

“Bakı Azərbaycanıngözüdür. Bakını, onun tarix abidələrini qoruyub saxlamaq lazımdır. Bu abidələriqorumaq, onlara qayğı göstərmək hər bir ziyalının, hər bir vətəndaşın borcudur.Son vaxtlar mətbuatda qala divarlarında müəyyən tikinti işlərinin aparılması,müəyyən obyektlərin tikilməsi ilə bağlı məlumatlar yer alır ki, bu da ürəkağrıdır.

Hesab edirəm ki, bu cürtarixi abidələrdə hər hansı tikintinin aparılması məsələsi mütləq ictimaimüzakirələrdən keçməlidir.

Biz hamımız bu şəhərdəyaşamışıq, bu şəhərdə boya-başa çatmışıq. Ona görə də bu şəhərin tarixi abidələriniqorumaq bizim borcumuzdur.

Bakıya gələn qonaqlar adətənİçərişəhərə gedir, oradakı tarixi abidələrlə tanış olurlar. Xarici ölkələrdəyüzillərin yadigarı olan tarixi abidələri, hətta adi tarixi divarları daqoruyub saxlayırlar. Azərbaycanda da bu məsələlərə diqqət etməyə ehtiyac var.

Mən Bakıdakı tarixi abidələrinqorunması və nəzarət məsələsinin yüksək səviyyədə təşkilinin tərəfdarıyam. Hərbir aparılan tikinti, hər bir söküntü mütləq araşdırılmalıdır. Əgər bu tarixiabidədirsə, onunla bağlı atılacaq addım mütləq ictimai müzakirədən keçməlidir.

Bakı bizim üçün çox əzizdir.Qafqazda turistləri ən çox cəlb edən şəhərlərdən biri məhz Bakıdır. Odur ki, buməsələlərə ciddi şəkildə diqqət yetirməyə ehtiyac var”.

Seymur ƏLİYEV

Açar sözlər
Vahid Əhmədov , Seymur Əliyev , Azərbaycan , Bakı
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər