Metroda cibgir yaxalandı

Metroda cibgir yaxalandı

Metroda cibgirliklə məşğul olan şəxs yaxalanıb

PİA.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə metronun "20 yanvar" stansiyasında baş verib.

Stansiyada naməlum şəxs sərnişin, Göycay rayon sakini Ravər Şəmiyevin 160 manat pulunu və sənədlərini oğurlayarkən polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs Sumqayıt şəhər sakini, əvvələr Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə məhkum olunmuş Eynulla Hüseynovdur.

Faktla bağlı araşdırma aparılır.

pia.az