“Məxfi əsirlər” sənədli filmi təqdim olunub

“Məxfi əsirlər” sənədli filmi təqdim olunub

Bakı, 8 may, Ş.Abdullayeva, AZƏRTAC

Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Məxfi əsirlər" sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, DTX-nın Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən hazırlanmış filmdə Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına verdiyi müstəsna töhfələrdən, eləcə də Avropa müqavimət hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanlardan bəhs olunur.

Tədbirdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri, ASAN könüllüləri, gənclər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Tədbirdə faşizmə qarşı mübarizədə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hadisə xəbərləri
Azertag.az digər xəbərlər