“Məxfi əsirlər“ sənədli filminin təqdimatı keçirilib - YENİLƏNİB, VİDEO

“Məxfi əsirlər“ sənədli filminin təqdimatı keçirilib - YENİLƏNİB, VİDEO

Təqdimatda çıxış edən xalq artisti, tanınmış kinossenarist Ramiz Fətəliyev "Məxfi əsirlər" filmində insan talelərindən bəhs olunduğunu və ssenari müəllifinin onların yaddaşlardan silinməsinə imkan vermədiyini bildirdi.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyeva isə qədim və zəngin tarixə malik Azərbaycan xalqının çətin və keşməkeşli bir yol keçdiyini, azərbaycanlıların döyüşkən ruha, əyilməz iradəyə və böyük əzmə malik, öz torpağınıcanıbahasına qorumağa hazır olan vətən övladlarıkimi hər zaman seçildiyini dedi.

******

15:35

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasına Azərbaycan xalqının verdiyi müstəsna töhfələr, eləcə də Avropa Müqavimət Hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən " Vətənpərpərvərlik sertifikatı" ilə təltif edilmiş Azərbaycanlı partizanlar barədə mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən hazırlanmış "Məxfi əsirlər" sənədli filminin təqdimatı keçirilib.

REAL xəbər verir ki, tədbirdə DTX-nın rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, xarici ölkələrin səfirləri, diplomatik korpusun nümayəndılıri, ASANkönülllüləri, Gənclər və Qeyri hökumət təşkilatlarının təsisçiləri, ali təhsil müəssisəslərinin tələbələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları faşizmə qarşı mübarizədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, qəhrəman vətən övladlarının unudulmaz xatirəsini birdəqiqəliksükutla yad ediblər.

Azərbaycan Respublikasının xalq artisti tanınmış kino ssenarist Ramiz Fətəliyev çıxış edib.

Sonra filmin quruluşcu rejissoru ssenari müəllifi Zəhra Quliyeva çıxış edib.

Mədəniyyət xəbərləri
Realtv.az digər xəbərlər