Meymunlara insan beynindən gen köçürüldü - MARAQLI

Çinli elm adamları ilk dəfə gen dəyişdirmə üsulundan istifadə edərək meymunlara insan beyni genləri köçürüb. Aparılan ilkin təcrübələrdə gen dəyişikliyinə məruz qalan meymunların daha ağıllı olduğu və yaddaşlarının inkişaf etdiyi müəyyən edilib.
Moderator.az xəbər verir ki, çinli elm adamları meymunlarda olan insanlara xas "MCPH1" genini dəyişdirib. Araşdırmanın sonunda meymunların beyinlərinin inkişaf etdiyi və eynilə insanlara bənzər yaddaş siqnallarına sahib olduqları müşahidə edilib. Bundan başqa, sözügedən meymunların qısa müddətli yaddaşlarının normal növlərə görə inkişaf etdiyi bildirilib.
Araşdırma qrupu "MCPH1" genini dəyişdirərək cəmi 11 meymuna köçürərüb və həmin meymunları bəzi xəstəliklər üçün aparılan tədqiqatlarda istifadə edəcəkləri söyləyiblər.
Kamran