"Microsoft Corp"un bazar dəyəri ilk dəfə 1 trilyon dollar səviyyəsini keçib.
Olaylar.az bildirir ki, "Microsoft"un səhmləri 4,4 faiz artımla 130,54 dollar səviyyəsinə qalxıb.
Şirkətin səhmləri ilin əvvəlindən bu yana 23 faiz bahalaşıb.
"Microsfot"un bulud proqramlaşdırma bölməsi "Azure", 31 Martda sona çatan üçünü rübdə 73% böyüyüb.
Üçüncü rübdə "Microsoft"un xalis mənfəəti 7,42 milyard dollardan 8,81 milyard dollara yüksəlib. Səhmbaşına dividend 96 cent səviyyəsindən 1,15 dollar səviyyəsinə qalıb.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.