Mika Salo Azərbaycan Qran-Prisinin üçüncü stüardıdır

Bakı, 25 aprel, AZƏRTAC
Formula 1 çempionatının sabiq pilotu Mika Salo Azərbaycan Qran-Prisinin üçüncü stüardı qismində Beynəlxalq Avtomobil Federasiyasına (FIA) dəvət edilib.
AZƏRTAC xəbər verir ki, mübahisəli vəziyyətlərin araşdırılmasına Mika Salo ilə bərabər “DMSB” Almaniya Assosiasiyasının nümayəndəsi doktor Gerd Ennzer və FIA-nın Apellyasiya Məhkəməsinin üzvü Niş Şett də cəlb ediləcək.
Bu il Avstraliya Qran-Prisində Denni Sallivan, Bəhreyndə Emanuele Pirro və Çində Derek Uorik dəvət edilmiş stüardlar olublar.