Millət vəkili: “Belarus” traktor istehsalı zavodunun açılması ölkə iqtisadiyyatı üçün də çox əhəmiyyətli olacaq

Millət vəkili: “Belarus” traktor istehsalı zavodunun açılması ölkə iqtisadiyyatı üçün də çox əhəmiyyətli olacaq

Bakı. Trend:

Dövlət başçısı İlham Əliyevin Azərbaycan müəssisə və şirkətlərinə, iş adamlarına məhsulların ixrac edilməsi ilə bağlı verdiyi tövsiyələrə əsasən üçüncü ölkələrin bazarına çıxış məqsədilə Belarusun "Minsk Traktor Zavodu" ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi arasında memorandum imzalanıb. Bu gün traktorların hissələri Belarusdan tədarük olunur. Türk sahibkarları isə traktorların yığılması ilə məşğul olan zavod açıblar. Gəncə Avtomobil Zavodu traktor istehsalı ilə uzun müddətdir məşğul olan bir müəssisə kimi yeni yaradılan Azərbaycan-Türkiyə İstehsalat Birliyinə öz təcrübəsi və yüksək ixtisaslı kadrları ilə köməklik göstərəcək. Bu müəssisənin ərsəyə gəlməsində bizim müəssisənin də dəstəyinin olması məni çox sevindirir. Ümidvaram ki, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin fəaliyyətinin genişlənməsində yardımçı olacaq.

Bunu Trend-ə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev söyləyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan həm qardaş Türkiyə, həm də ən etibarlı tərəfdaş dövlətlərdən biri olan Belarusla əməkdaşlıq əlaqələrini dərinləşdirərək üçtərəfli formatda yeni bir münasibət modeli ortaya çıxarıb ki, bu da özünü Azərbaycan-Türkiyə İstehsalat Birliyində (ATİB) göstərir:
“Azərbaycan-Türkiyə-Belarus birgə əməkdaşlığının nəticəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodu müştərək əməkdaşlığın bariz nümunəsidir. Birgə istehsal olaraq qurulan yeni zavodda iki traktor modelinin istehsalı nəzərdə tutulur. Bu müəssisəyə Gəncə Avtomobil Zavodunun da komplekləşdirici hissələr göndərəcəyini və əməkdaşlıq edəcəyini nəzərə alsaq bu layihənin Azərbaycan iqtisadiyyatı üçün də çox əhəmiyyətli olacağı danılmazdır”.

Məlumat üçün bildirək ki, bu günlərdə Türkiyənin Kırıkkale bölgəsində Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATİB) tərəfindən idarə olunacaq “Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi keçirilib.

Tədbirdə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli, Türkiyə Böyük Millət Məclisinin üzvü Ramazan Can, Belarusun Baş nazirinin müavini İqor Lyaşenko, bu ölkənin sənaye naziri Pavel Utupin, sənaye nazirinin müavini Dmitriy Korçik, Belarusun Türkiyədəki səfiri Aleksandr Savinih, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ATİB-ün direktoru Murad İsmayılov, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin sədri Amin Əliyev iştirak ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Kamran Nəzərov , Ilham Əliyev , Amin Əliyev , Murad Ismayılov , Türkiyə Böyük Millət Məclisi , Milli Məclis , Minsk Traktor Zavodu , Gəncə Avtomobil Zavodu , Belarus Xəbərləri Class , Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Türkiyə Xəbərləri Class , Gəncə Xəbərləri Class , Nizami , Xəzər , Türkiyə , Kırıkkale , Bakı , Gəncə , Azərbaycan , Milli Məclis
İqtisadiyyat xəbərləri
AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 13:09 - Milli.az - İqtisadiyyat
Az-a verilən məlumata görə, mayın 29-30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul (IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev (IEV)-Bakı(Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı(Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilmişdir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı(Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı(Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı-Gəncə Reys mayın 29-na keçirilmişdiruçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı -Təl-Əviv -Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı - İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı - İstanbul (SAW)-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Metbuat.az digər xəbərlər