Millət vəkili Rəşad Mahmudov Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirib

Millət vəkili Rəşad Mahmudov Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirib

Bu gün dünyanınbir çox ölkələrində 9 May- faşizm üzərində Qələbənin növbəti ildönümü qeydolunur. Hər il olduğu kimi, yenə də ölkəmizdə bu günün qəhrəmanları BöyükVətənmüharibəsi illərində ön və arxa cəbhədə şücaət göstərmiş, təəssüf ki, sıralarıilbəil azalan veteranlardır. Moderator.az qeyd edir ki, Milli Məclisin üzvü Rəşad Mahmudovun Astararayonunda yaşayan veteranlarla görüşündə də Azərbaycan xalqınınön və arxacəbhədəmisilsizqəhrəmanlıq nümunələri göstərdiyi vurğulanıb. Qələbənin 74-cü ildönümü münasibətiləmüharibə iştirakçlarını təbrik edən R. Mahmudov bildirib ki, bu qanlı savaşda 640mindənçox azərbaycanlı iştirakedib, onların təxminən yarısı döyüşlərdəhəlakolub. Göstərdikləri igidliyəgörə ölkəmizin 130-dək vətəndaşıSovetİttifaqı Qəhrəmanı adınalayiqgörülüb,170 mindənçoxəsgər vəzabitimizmüxtəlifordenvəmedallarlatəltifedilib.Müharibəvaxtıöncəbhədə göstərdikləri şücaətə görə 176minnəfərazərbaycanlıdöyüşçü,arxacəbhədə isə 250minnəfərSSRİ-ninordenvəmedalları ilə təltifolunub.Bundanəlavə, 30 nəfər müharibəiştirakçısı 1-ci, 2-ci və 3-cü dərəcəli "Şöhrət"ordeniilətəltifedilib.

Millət vəkili qeyd edib ki, BöyükVətənmüharibəsi iştirakçılarınınsosial durumunu diqqətdə saxlayan Azərbaycandövlətionlarahərtərəfli diqqət ayırır: onlarınyaşagörəpensiyalarına əlavələrvar, prezidenttəqaüdü alırlar, əlillər mənzilvə avtomobillə təminedilir, həmçinin, digərsosialqayğılarıdövlət hesabına həllolunur.Bununla yanaşı, hər il 9 May - Qələbə günü ərəfəsində ölkə Prezidentininimzaladığı sərəncamla sağ qalan BöyükVətən müharibəsi iştirakçılarına və həlakolan, vəfat edənlərin həyat yoldaşlarına yüksək məbləğdə birdəfəlik maddi yardımayrılır. Bu insanlara dövlət qayğısının artırılmasını zəruri edən, sadəcə,onların müharibə iştirakçısı vəyaəlil olması,yaxudgöstərdiklərişücaətdeyil, həm də sağ qalan veteranların ahılyaşdaolmasıdır.Beləki, bumüharibədəiştiraketmişən gənc insanın yaşıindi90-ıötüb.Bunagörədə dövlətimiz onlarahəm də Azərbaycanın ən yaşlı insanlarıkimi xüsusidiqqətgöstərir.

Astaramüharibə veteranları veteranları millət vəkili Rəşaf Mahmudovla keçiriləngörüşdən məmnunluqlarını ifadə edərək, onlara göstərilən yüksək dövlətqayğısına görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlıqlarınıbildiriblər.

Siyasət xəbərləri

Nizami rayonunda “Müdrik siyasi xadim” mövzusunda tədbir keçirildi

09-05-2019 19:44 - Cebhe.info - Siyasət
Nizami rayonunda “Müdrik siyasi xadim” mövzusunda tədbir keçirildi
 09/05/2019 19:44:12 Bu gün Nizami Rayon İcra Hakimiyyətində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Müdrik siyasi xadim” mövzusunda tədbir keçirilib.

Cebhe.infoxəbər verir ki, tədbirdən öncə iştirakçılar Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxartdığını, ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb.

Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirildiyini söyləyən Arif Qasımov, ölkə başçısının həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində müstəqil dövlətimizin iqtisadi inkişaf potensialına görə lider dövlətlər sırasında olduğunu, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndiyini qeyd edib.

Arif Qasımov ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidməti olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb.

“Müdrik siyasi xadim” mövzusunda məruzə ilə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında əvəzolunmaz və unudulmaz xidmətləri barədə fikirlərini açıqlayaraq bildirib ki, bütün həyatını Vətəninə, xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.
Moderator.az digər xəbərlər