Millət vəkili: “Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxıb"

Millət vəkili: “Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxıb"



"Həyatda elə insanlar var ki, onlar hər hansı sahə, peşəyə bütün qəlbi ilə bağlanır, ömrünü ona həsr edir. Tarixən dövlətimizin, dövlətçiliyimizin inkişafının bütün mərhələlərində Azərbaycan qadınları kişilərlə bərabər fəal iştirak edib və öz layiqli töhfələrini verib. Bu görkəmli simalardan biri də ictimai xadim, akademik Zərifə xanım Əliyevadır”.
Bunu "Sherg.az"a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova deyib.
O bildirib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycanda müasir oftalmologiya elminin yaradıcılarından və banilərindən biridir:
"Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxıb. İllərlə fəaliyyət göstərdiyi sahə üzrə minlərlə xəstənin sağalaraq göz xəstəliklərindən xilas olması üçün çalışıb. Zərifə xanım Əliyeva cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfələr verib. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edib. Onun birbaşa rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışıb və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır”.
Deputat qeyd edib ki, Zərifə xanım Əliyeva eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub:
"Zərifə xanım Əliyeva dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymayıb, hər zaman onun dayağına çevrilib. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirib. Yüksək keyfiyyətlərin mövcud olduğu belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir”.
D.Cəbrayılova deyib ki, bu gün onun çırağını yandıran Mehriban xanım Əliyeva da bizim üçün bir örnəkdir:
"Bu gün ölkəmizin əldə etdiyi uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Onun göstərdiyi diqqət və qayğının nəticəsində ölkəmizdə və ölkə hüdudlarından kənarda böyük əhəmiyyətli layihələr həyata keçirilir ki, xalqımız tərəfindən bu addımlar təqdirəlayiq qiymətləndirilir. Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideallar əsasında yaşadığını təcəssüm etdirir”.

Siyasət xəbərləri
Azərbaycan Gürcüstan kimi prezident görmək istəyir?

Azərbaycan Gürcüstan kimi prezident görmək istəyir?

26-04-2019 09:55 - Milliyol.az - Siyasət
Bu səslərin bir hissəsi ikinci turda Georgi Vaşadzeyə verilsə, onun prezident seçilməsi təmin olunacaq.
 
 
 
 
 Populyarxəbərlər
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 10.02.2019
 
 
 
 
 

 
 
 
 
 
 11.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 12.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 



Bu arada, iki sual da səsləndirilir:
Birinci sual: Georgi Vaşadze prezident seçilərsə, Mixail Saakaşvili Gürcüstana qayıdacaqmı?
İkinci sual: Georgi Vaşadzenin qələbəsində sonra Gürcüstanda erkən parlament seçkiləri keçiriləb bilərmi?
Georgi Vaşadze prezident seçilərsə Mixail Saakaşvilini geri qayıdışı mümkündür.
Sherg.az digər xəbərlər