Milli İnternet Mükafatının qalibləri elan olunacaq

 Milli İnternet Mükafatının qalibləri elan olunacaq

Milli İnternet Mükafatı – MilliNet2017 Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.

Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, toplantıda yekun səsvermənin nəticələri və təqdimat mərasiminə hazırlıq məsələləri müzakirə edilib.

Toplantıda MilliNet 2017 müsabiqəsində səsvermənin 2-ci mərhələsinin uğurla başa çatdığı bildirilib.

Yekun səsvermə prosesi Nominanat statusu qazanan 96 internet resurs (53 sayt, 26 mobil tətbiq və 17 sosial media resursu ) arasında 10 gün davam edib. Bütövlükdə resursların qiymətləndirilməsində 23 münsifdən 19-u iştirak edib.

Saytların qiymətləndirilməsi onlayn formada, mobil tətbiqlər və sosial resursların qiymətləndirilməsi isə oflayn formada həyata keçirilib.

Qeyd edək ki ümumiyyətlə müsabiqəyə 392 internet resrs təqdim edilib ki, onlardan da Qaydalara uyğun olan 291 resurs müsabiqəyə buraxılmışdı.

2 Münsif səsvermədə iştirak etməyib, digər iki münsif isə qiymətləndirməni tam olaraq başa çatdırmadığı üçün onların yarımçıq səsvermə nəticələri ləğv edilib.

MilliNet 2017 qaliblərinin adlarıMilli İnternet Mükafatının ənənəvi yekuntəqdimat mərasimində açıqlanacaq.

Təqdimat mərasimindən sonra sayt sahibləri münsiflərin verdiyi ballar və onların əsaslandırması ilə öz hesablarına daxil olmaqla tanış ola biləcəklər.

Yekun təqdimat mərasimidekabrın 20-də Boulevard oteldəkeçiriləcək.

Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işləri artıq başa çatıb. Azərbaycan İnternetinin əsas tədbiri olan MilliNet yekun təqdimat mərasimində İnternet və İKT ictimaiyyətinin 170 nümayəndəsinin iştirakı gözlənilir.

Təqdimat mərasiminin internetdə canlı olaraq yayılması nəzərdə tutulub.

Müsabiqədə 18 Nominasiyanın hər biri üzrə qalib gələnlərə MilliNet–in xüsusi mükafatı – hörümçək toru əks olunan buta və qiymətli hədiyyələr təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə də diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Milli İnternet MükafatınaNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyirəsmi dəstək verir.

MilliNet-in Baş sponsoruAzertelecomşirkətidir.

MüsabiqəyəLENOVO,BestComp,NOVA,NEURON,İnnovasiya MərkəziYelloşirkətləri də dəstək verirlər.

Xeberler.az

İqtisadiyyat xəbərləri
Xeberler.az digər xəbərlər
 Azexport.az -a 444.6 milyon sifariş daxil olub

Azexport.az -a 444.6 milyon sifariş daxil olub

18-12-2017 15:44 - Xeberler.az - İqtisadiyyat
2017-ci ilin 11 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib.
Belə ki, cari ilin 11 ayı ərzində Rusiyaya 498 milyon, Türkiyəyə 264 milyon, İsveçrəyə 133 milyon, Gürcüstana 120 milyon və İtaliyaya 52 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2017-ci ilin 11 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (140.2 milyon ABŞ dolları).
Bu siyahıda ikinci yeri qızıl (116.4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (105 milyon ABŞ dolları) tutub.
Ümumiyyətlə isə 11 ay ərzində meyvə-tərəvəz ixracı 453 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 109 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 88 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 74 milyon, kimya sənayesi məhsullarının ixracı 72 milyon, pambıq ixracı 45 milyon, elektrik enerjisi ixracı 41 milyon, şəkər ixracı 39 milyon, çay ixracı 9 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 2 dəfə, pambığın ixracı 2.3 dəfə, çayın ixracı 65 faiz, meyvə-tərəvəzin ixracı artıb.
Cari ilin noyabr ayında xurmanın ixracının dəyəri 39.7 milyon ABŞ dolları, qızılın ixracının dəyəri 17.9 milyon ABŞ dolları və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 16.1 milyon ABŞ dolları təşkil edib.
 Azexport.az -a 444.6 milyon sifariş daxil olub

Azexport.az -a 444.6 milyon sifariş daxil olub

18-12-2017 08:01 - Xeberler.az - İqtisadiyyat