“Milli Məclis xalqın fikirlərini əks etdirənlərlə yenidən formalaşacaq” – Səməd Seyidov

“Milli Məclis xalqın fikirlərini əks etdirənlərlə yenidən formalaşacaq” – Səməd Seyidov

Parlament seçkilərindən sonra Milli Məclisdə dəyişikliklər olacaq.

Azərbaycanın Avropa Şurası Parlament Assamblyesındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Redaktor.az-a açıqlamasında bildirib ki, parlamentdə xalqın fikirlərini əks etdirən nümayəndələrlə yola davam ediləcək:

“Həyat həmişə yenilənir, dəyişir. Azərbaycanda ciddi və gözəçarpan inkişaf prosesi gedir. Azərbaycan parlamentində də, müntəzəm olaraq, qanunamüvafiq şəkildə seçkilər keçirilir. Növbəti seçkilər də Azərbaycanda dəyişikliklərin, islahatların, reformların, inkişafın güzgüsü olmalıdır. Bu seçkilərin nəticəsi olaraq Azərbaycan parlamentində təmsil olunacaq millət vəkilləri arasında dəyişikliklər olacaq. Milli Məclis xalqın fikirlərini əks etdirmək qabiliyyətini özündə ehtiva edən nümayəndələrlə yenidən formalaşacaq. Bu seçkilərdən sonra Milli Məclisdə yeni insanlar, yeni simalar görünəcək”.

Qeyd edək ki, millət vəkili Səməd Seyidov artıq neçənci dəfədir ki, Milli Məclisin yenilənəcəyi mesajını verir.

92 Baxılıb

Açar sözlər
Səməd Seyidov , Milli Məclis , Azərbaycanın Avropa Şurası , Azərbaycan , Milli Məclis
Siyasət xəbərləri
Turkustan.info digər xəbərlər