Milli Məclisin iki komitə sədri Türkiyəyə getdi


Azərbaycan dövlətinin qurucusu, siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü bir çox ölkələrdə, o cümlədən Türkiyədə geniş qeyd edilir.

Teleqraf.com parlamentin saytına istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ümummilli liderin doğum gününə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edib.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər