Millimizin qapıçısı evləndi - Fotolar

Millimizin qapıçısı evləndi - Fotolar

Azərbaycan Futzal Millisinin qapıçısı Rövşən Hüseynli ailə qurub.

“Qafqazinfo” xəbər verir ki, məclis şəhər restoranlarının birində baş tutub. Rövşənin ailə qurduğu xanımın kimliyi gizli saxlanılıb. O, gəlinsiz kişi məclisi edib. Toyda idmançılar və ailə üzvləri iştirak edib. R.Hüseynli məclisə qatılan hər kəsə təşəkkürünü bildirib:

“Həyatımın ən xoş günündə yanımda olan dəyərli dostlar və qardaşlar! Hər birinizə təşəkkür edirəm”.

Mədəniyyət xəbərləri
Kolleclərə qəbul imtahanının vaxtı bəlli oldu 

Kolleclərə qəbul imtahanının vaxtı bəlli oldu 

23-04-2019 10:45 - Pia.az - Mədəniyyət
Bundan əlavə, aprelin 28-də ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları seçdikləri əlavə xarici dil fənnindən, tədris Azərbaycan dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən rus bölməsini seçən şagirdlər üçün rus dili fənnindən, tədris rus dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən Azərbaycan bölməsini seçən şagirdlər üçün Azərbaycan dili fənnindən, tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edərkən seçdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən, xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə doldurarkən seçdikləri xarici dil fənnindən imtahan, 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün buraxılış imtahanı, orta məktəbi əvvəlki illərdə bitirib təhsil sənədi ala bilməyən şəxslər üçün eksternat qaydasında buraxılış imtahanı keçiriləcək.
Qafqazinfo.az digər xəbərlər