MilliNet 2017-də Nominant statusu alan mobil tətbiqlər

 MilliNet 2017-də Nominant statusu alan mobil tətbiqlər

Xeberler.az olaraq Milli İnternet Mükafatı - Milli Net 2017-də hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən dəfəMilliNet-in “Ən yaxşı Facebook səhifəsi”, “Ən yaxşı Instagram hesabı”, “Ən yaxşı YouTube kanalı”Nominasiyasıüzrə saytlarınadlarınıtəqdim etmişdik.

Bu dəfə isə “Elektron hökumət mobil tətbiqləri”, “Təhsil mobil tətbiqləri”, “Oyun və əyləncə mobil tətbiqləri” üzrə nominantları təqdim edəcəyik.

“Elektron hökumət mobil tətbiqləri”

Bunlar “Mobilecustoms”, “AzNav”, “Azərişıq”, “Poçt Ünvanları”, “Poçt Plus” adlı mobil tətbiqlərdir.

İndi isə bu mobil tətbiqlər haqda qısa məlumatları təqdim edirik:

Mobilecustoms-Tətbiq Android-də Dövlət Gömrük Komitəsinin Android Platformalarda Nəqliyyat vasitələrinin ilkin qeydiyyatını aparmaq üçündür.

AzNav- Milli GPS naviqasiya sisteminin mobil tətbiqidir. İndiyə qədər 170 mindən artıq yüklənmə olub.

Azərişıq - Tətbiq mobil istifadəçilərin elektrik enerjisi ilə bağlı xidmətlərdən asan faydala bilməsini təmin edir.

Poçt Ünvanları-Tətbiq Azərpoçt-un 1500-dən çox poçt şöbələrinin ünvanları barədə məlumatların xəritə üzərində axtarışına imkan yaradır. Proqram vasitəsilə poçt indeksinə və ya küçə adına görə poçt şöbələrinin axtarışını və onların xəritə üzərindəki ünvanlarını əldə edə bilərsiniz.

Poçt Plus- Tətbiqdə poçt məntəqələrinin indeks üzrə, xidmət göstərdiyi küçə adı üzrə axtarışı, lokasiyaya görə axtarışı və poçtla bağlı xəbərlərlər yer alıb.

“Təhsil mobil tətbiqləri”

Bunlar “Для детей логика”, “Математический Миллионер”, “Azleks”, “Danışan Kitablar”, “ENAZDict” adlı mobil tətbiqlərdir.

Для детей логика- Uşaqlar üçün məntiq proqramı 3 yaşına qədər balacalarla məşqul olmaq üçün yaradılıb.

Математический Миллионер-Tətbiq həm uşaqlar, həm böyüklər üçün əyləncəli və öyrədici oyundur.

Azleks–Terminoloji lüğət tətbiqində sözləri orfoqrafiyası son orfoqrafiya lüğətinə uyğunlaşdırılıb.

Danışan Kitablar – “Artıq Kitablar Danışır" şüarı altında yaradılan mobil proqram, fiziki qüsurlu şəxslərin kitab oxumasını asanlaşdırmaq məqsədilə yaradılıb.

ENAZDict-Mobil tətbiqdə Azərbaycan və ingilis dilində olan kompüter terminlərinin izahlı lüğəti təqdim edilir.

“Oyun və əyləncə mobil tətbiqləri”

Bunlar “Azerlotereya”, Yeni Söz Oyunu”, “Kerpic ve Top”, “Ox Atan” adlı mobil tətbiqləridir.

Azerlotereya-Tətbiq Azərbaycanın ilk rəsmi mobil gambling oyunun təqdim edir.

Yeni Söz Oyunu- Tətbiqdə 1000-ə yaxın maraqlı və əyləncəli suallar var. Həmçinin xüsusi reytinq sistemi ilə kimin daha bilikli olduğunu görə bilərsiniz.

Kerpic ve Top-Tətbiq mərhələləli Azərbaycan dilində arkanoid oyununu təqdim edir.

Ox Atan-Tətbiq Ox Atan oyununu təqdim edir.

Xeberler.az

İKT xəbərləri
Xeberler.az digər xəbərlər