MilliNet-də Nominant olan sosial media resursları

 MilliNet-də Nominant olan sosial media resursları

Xeberler.az olaraq Milli İnternet Mükafatı - Milli Net 2017-də hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən dəfəMilliNet-in“Xidmət-Servis”, “Elektron ticarət”Nominasiyasıüzrə saytlarınadlarınıtəqdim etmişdik.

Bu dəfə isə “Ən yaxşı Facebook səhifəsi”, “Ən yaxşı Instagram hesabı”, “Ən yaxşı YouTube kanalı” Nominasiyasıüzrə nominant statusu alan saytlar barədə məlumat verəcəyik.

"Ən yaxşı Facebook səhifəsi”

Bunlar “Respublika Müalicəvi Diaqnostika Mərkəzi” , “ASAN Könüllüləri / ASAN Volunteers”, “Sirlər Ensiklopediyası”, “Bizim Lənkəran”, “Gameinfected network”, “Maxi.az” və “PlayStation Azərbaycan” səhifələridir.

İndi isə bu saytlar haqqında qısa məlumatları oxucuların nəzərinə çatdırırıq.

Respublika Müalicəvi Diaqnostika Mərkəzi- Bakıda yerləşən tibbi mərkəz və klinikanın rəsmi səhifəsidir. Facebook səhifəsinin hazırda 63.000-dən artıq izləyicisi var.

ASAN Könüllüləri / ASAN Volunteers- ASAN Könüllüləri Təşkilatının səhifəsidir. Səhifənin 52 mindən çox izləyicisi var.

Sirlər Ensiklopediyası – Səhifə Vüsal Məmmədzadənin oxuyub, öyrəndiklərini paylaşmaq üçün istifadə etdiyi platformadır. Səhifənin 7 mindən çox izləyicisi var.

Bizim Lənkəran- Səhifənin məqsədi Lənkəranı izləyicilərə daha yaxından tanıtmaqdır, Resursun 99 minə qədər izləyicisi var.

Gameinfected network-Sosial şəbəkə vasitəsi ilə Azərbaycanda film, oyun və texno xəbərləri Azərbaycan dilində yayımlayır. Səhifənin 8 mindən çox izləyicisi var.

Maxi.az –Səhifə elektronika və məişət texnikasının onlayn alınması üçün ölkənin ən böyük hipermarketi olan maxi.az-a məxsusdur. Səhifənin 225 minə qədər izləyicisi var.

PlayStation Azərbaycan-Səhifənin məqsədi Azərbaycanda PlayStation sevərləri bir yerə toplamaq və fikirlərini bölüşməkdə onlara kömək etməkdir. Səhifənin 10 mindən çox izləyicisi var.

“Ən yaxşı Instagram hesabı”

Bunlar “Rmdm_baku”, “Noc.azerbaijan”, “Fcqarabaghaz”, “Maxiaz.shop”, “Maraqli.tv” səhifələridir.

Rmdm_baku- Respublika Müalicəvi Diaqnostika Mərkəzinin rəsmi hesabıdır. Instagram səhifəsinin isə izləyici sayı 11.000-dən artıqdır.

Noc.azerbaijan- Milli Olimpiada Komitəsinin rəsmi hesabıdır. Hesabın 4 mindən çox izləyicisi var.

Fcqarabaghaz-"Qarabağ" komandası haqda məlumat paylaşılır. Hesabın 14 mindən çoz izləyicisi var.

Maxiaz.shop- Elektronika və məişət texnikasının satışını həyata keçirən şirkətin hesabıdır. Hesabın 26 mindən çox izləyicisi var.

Maraqli.tv- Səhifə maraqlı məlumatlar, qəribə faktlar , qeyri-adi xəbərlər üzərində qurulub. "Maraqli.tv"-nin hal-hazırda 640.000 izləyicisi var. Hesabın 563 mindən çox izləyicisi var.

“Ən yaxşı YouTube kanalı”

-Aparıcı Valid Əliyevin kanalında texnologiyalar, gadjetlər, smart texnikaya həsr olunmuş videobloqlar yayımlanır.

-Vüsal Məmmədzadə kanalında müxtəlif mövzularda maarifləndirici videolar paylaşır.

-Murad Həsənzadə kanalında gündəlik həyatda istifadə olunan və Sizə lazım olan hər şeyin təqdimatını və geniş izahatını təqdim edir.

-Bahadur Seyidov öz kanalında əsasən maarifləndirici məlumatlardan ibarət videoçarxlar hazırlayır.

-Müsabiqədə iştirak edənLətif Kərimov kanalında Azərbaycan internet sektorunda ana dilində texnologiya məlumat bazasını təşkil etməyə çalışır.

Xeberler.az

İKT xəbərləri
Xeberler.az digər xəbərlər