MilliNet-də Nominant statusu alan növbəti saytlar

 MilliNet-də Nominant statusu alan növbəti saytlar

Xeberler.az olaraq Milli İnternet Mükafatı - Milli Net 2017-də hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.

Ötən dəfəMilliNet-in “Media və İnformasiya mobil tətbiqi” və “Köməkçi mobil tətbiqlər (Utilitlər)” Nominasiyasıüzrə saytlarınadlarınıtəqdim etmişdik.

Bu dəfə isə “Ailə, uşaq və sağlamlıq”, və “Bloqlar” üzrə nominantları təqdim edəcəyik.

“Ailə, uşaq və sağlamlıq”

Bunlar “Evdarlıq.com”, “İsramed.az”, “Doktortap.com”, “Evdarlıq.az”, “Histeroskopiya.az” saytlarıdır.

İndi isə bunlar haqda qısa məlumatları təqdim edirik:

Evdarlıq.com- Burada ən son dəb yeniliklərindən körpələrə qulluğa, gözəllikdən sağlam həyat tərzinə, yemək reseptlərindən həkim məsləhətlərinə qədər bütün məlumatları əldə edə bilərsiniz. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

İsramed.az- Sayt İsraildə müalicə və diaqnostika üçün tibbi turizm xidməti göstərir. Resurs Azərbaycan və rus dilində fəaliyyət göstərir.

Doktortap.com- Həkim və klinika axtarışını həyata keçirir. . Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Evdarlıq.az- Saytda yeməklərin rahat və müxtəliv çesidli reseptləri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların düzgün düzülülşü və dünyada mətbəx və evə aid məlumatlar yer alıb. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Histeroskopiya.az- Histeroskopiya müalicə metodu və digər qadın xəstəlikləri haqda informativ veb saytdır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

“Bloqlar”

Bunlar “Sayyeahblog.com”, “Jaccrazy.me”, “Trixoloq.az”, “Dragazade.az”, “Hacıbabayev.com”, “Mycertnotes.com”, “Terlanyusif.com” saytlarıdır.

Sayyeahblog.com- Real hadisələrə, şəxsi təcrübəyə əsaslanan səyahət bloqudur. 13 ölkədən, müxtəlif şəhərlər haqqında, müxtəlif mövzularda 27 yazı toplanıb. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Jaccrazy.me- Sayt vasitəsui ilə yapon dili öyrənmək tamamilə ödənişsizdir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Trixoloq.az- Dr. Aytəkin Quliyevanın trixologiya (saç xəstəlikləri) haqda şəxsi bloqudur. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Dragazade.az-Dr. Ağa Ağazadənin andrologiya haqda şəxsi veb səhifəsidir. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Hacıbabayev.com- Şəxsi veb portaldır. Bir növ onlayn CV funksiyasını daşıyır. Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Mycertnotes.com- Bloqda əsasən Java Sertifikat imtahanı ilə bağlı məlumatlar paylaşılıb. Əlavə olaraq alqoritm, proqramlaşdırma və s. ilə bağlı məqalələr mövcuddur.

Terlanyusif.com- Saytda jurnalist kimi çalışan Tərlan Süleymanovun hazırladığı jurnalistika reportajları, video, fotoları və gündəlik maraqlı xəbərlər yayımlanır . Sayt yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Xeberler.az

Mədəniyyət xəbərləri
Xeberler.az digər xəbərlər