Milyarderin 3 uşağı terror aktı zamanı öldü - Foto

Milyarderin 3 uşağı terror aktı zamanı öldü - Foto
Şri-Lankanın paytaxtı Kolomboda törədilmiş terror aktı zamanı Danimarkanın ən zəngin iş adamı, “Bestseller”mağazalar şəbəkəsinin sahibi,“Asos” şirkətinin əsas səhmdarı, 4,5 milyard dollar sərvətə sahib Anders Holç Povlsenanın 3 uşağı həlak olub.

Biznesmen həyat yoldaşı Anna və 4 övladı ilə birlikdə Şri-Lankada istirahət edirmiş.

Milyarderin 18 yaşlı qızı Alma hadisədən 4 gün öncə instaqram hesabında bacıları-Astrid və Aqnes və qardaşı Alfredin adada hovuzun ətrafında çəkilmiş şəklini paylaşıb.

Terrakt nəticəsində 4 uşaqdan yalnız birinin sağ qaldığı haqda məlumat yayılıb, lakin məhz hansının yaşadığı açıqlanmır.

Qeyd edək ki, Şri-Lankada baş vermiş 8 güclü partlayış nəticəsində 290 nəfər ölüb, 500 nəfər yaralanıb.

Paylaş:

Açar sözlər
Şri-Lanka , Kolombo , Danimarka
Hadisə xəbərləri
Regionxeberleri.com digər xəbərlər