Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb

Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu küçəsi ərazisində yerləşən “Sağ sahil” massivində baş verib.

1981-ci il təvəllüdlü Məmmədov Naib Emil oğlu mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanaraq, ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralı dərhal əməliyyat olunub. Durumu həkimlər tərəfindən ağır qiymətləndirilir.

Cinayəti törədən şəxsin adı və soyadının müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Hadisə xəbərləri
Faktor.az digər xəbərlər
Xəzərdə gəmi yanğınında xəsarət alanların adları - SİYAHI

Xəzərdə gəmi yanğınında xəsarət alanların adları - SİYAHI

10-05-2019 13:13 - Faktor.az - Hadisə

Mayın 8-də axşam saatlarında Xəzər dənizində “Saipem”şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov”borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alanların adları məlum olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilənməlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.
 
Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 15 nəfərdən 1-i müayinə olunduqdan sonra evə buraxılıb, 14 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Süleymanov Emin Fayaz oğlu, 1969-cu il təvəllüdlü Drus Atek Bin, Lembang George Anak, 1984-cü il təvəllüdlü Anak Laşrence Assan Aleksandr Lembang, 1984-cü il təvəllüdlü Radu Robert, 1982-ci il təvəllüdlü Di Giacomo Emmanuele və 1984-cü il təvəllüdlü Haükins Jozeph xəstəxananın reanimasiya şöbəsinə, 1990-cı il təvəllüdlü Səlimli Rasim Əyyub oğlu, 1987-ci il təvəllüdlü Bekeni Moses Anak, 1985-ci il təvəllüdlü Boz Daniel Rovano, 1988-ci il təvəllüdlü Banaüich Leüis Jozeph, 1956-cı il təvəllüdlü Eves Paul Artur, 1979-cu il təvəllüdlü Mehtiyev İxtiyar Ağabəy oğlu və Maskik Mirko xəstəxananın cərrahiyyə və lor şöbələrinə yerləşdiriliblər.

Hadisə nəticəsində yüngül xəsarət alan, gəminin mətbəxində işləyən 1989-cu il təvəllüdlü Rəşad Xudiyev isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Hazırda reanimasiyada olan həmin yeddinəfərdən üçünün vəziyyəti kritik ağır, dördnəfərin isə vəziyyəti sabit ağırdır.

Xatırladaq ki, mayın 8-də təqribən saat 18:30 radələrində “Saipem”şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov”borudüzən gəmisində yanğın baş verib.