Mingəçevirdə Yer Saatı aksiyası keçirilib

  Mingəçevirdə Yer Saatı aksiyası keçirilib

“Yer saatı” Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondu (WWF) tərəfindən keçirilən və diqqətini iqlim dəyişikliyi, ətraf mühitin qorunmasına yönəldən aksiyadır. Hər il martın son şənbə günü bütün dünyada milyonlarla insan bu aksiyada iştirak edir və simvolik olaraq elektrik enerjisindən istifadəni bir saatlıq dayandırır.

IDEA İctimai Birliyi Azərbaycan üzrə 5-ci dəfə rəsmi ölkə koordinatoru qismində “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmək hüququnu əldə edib.

İDEA İctimai Birliyinin təşkilatçılığı, gənc fəallar İlkin Əliyev və Məhbubə Musayevanın təşəbbüsü, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun və Mingəçevir Gənclər Evinin xüsusi dəstəyi ilə birlikdə Mingəçevirdə “Yer saatı” aksiyası həyata keçirilib.

100-ə yaxın gəncin qatıldığı aksiyada iştirakçılara “Yer Saatı” nın tarixi və əsas məqsədi haqqında məlumat verilib.

Qeyd edək ki, aksiya zamanı Mingəçevir şəhərində yerləşən “Asan Xidmət” , “Asan Peşə” kimi dövlət qurumlarının fasad işıqları bir saat ərzində söndürülüb.

Aida İSAQ

Siyasət xəbərləri
Xeberler.az digər xəbərlər