Minik avtomobili əvvəlcə traktorla, sonra isə "Kamaz"la toqquşdu - Beyləqanda dəhşətli qəza

Minik avtomobili əvvəlcə traktorla, sonra isə "Kamaz"la toqquşdu - Beyləqanda dəhşətli qəza

Beyləqan rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az ölkə.az-a istinadənxəbər verir ki, hadisə Beyləqan rayonunun Gödəklər kəndi ərazisində baş verib.

Xocavənd rayon sakini V.Novruzov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən kənd sakini M.Məhərrəmovun idarə etdiyi "T-28" markalı traktora vurub. Daha sonra İdarəetməni itirdiyindən avtomobil əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini İ.Abbasovun idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə V.Novruzovun sərnişinlərindən Ağcabədi rayon sakini Xəlil Ağayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, özü və 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər