Misirin regional inteqrasiya və dayanıqlı inkişafla bağlı baxışı “Bir kəmər, bir yol” təşəbbüsü ilə üst-üstə düşür

Misirin regional inteqrasiya və dayanıqlı inkişafla bağlı baxışı “Bir kəmər, bir yol” təşəbbüsü ilə üst-üstə düşür

Qahirə, 26 aprel, AZƏRTAC

Misirin regional inteqrasiya və dayanıqlı inkişaf sahəsində 2030-cu ilə baxışı Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə üst-üstə düşür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Forumunda çıxışında söyləyib.

Dövlət başçısı Misirin enerji hasilatını artırdığını, ölkəni regional energetika mərkəzinə çevirdiyini söyləyib. Əbdül Fəttah əs-Sisi deyib: “Süveyş kanalı sərfəli coğrafi mövqeyə malikdir və buna görə də Misir regionda sənaye, ticarət və logistika mərkəzi ola bilər”. Prezident, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində müxtəlif şirkətləri və maliyyə institutlarını Misirdə və Afrika qitəsində həyata keçirilən nəhəng layihələrdə iştiraka çağırıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Açar sözlər
Fəttah Əs-Sisi , Asya Hacızadə , Qahirə , Misir , Çin , Pekin
İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər