Mixail Qorbaçov xəstəxanaya düşdü

Mixail Qorbaçov xəstəxanaya düşdü

Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib.


Bu barədə TASS agentliyi SSRİ-nin ilk prezidenti haqqında ilk filmin rejissorlarından biri Andre Sinqerə istinadən məlumat verib.


Rejissor, eks-prezidentin “Tanış olun, Qorbaçov” filminin premyerasına gələ bilmədiyini, buna həkimlərin icazə vermədiyini yazıb. Qeyd edək ki, premyera 41-ci Moskva Kino Festivalı çərçivəsində aprelin 25-nə planlaşdırılmışdı.


“Onun xəstəxanadan çıxmasına həkimlər icazə verməyiblər. Lakin 88 yaşlı siyasətçi özünü yaxşı hiss edir”.


Eyni zamanda Qorbaçov Fondunun nümayəndəsi bu məlumatın doğru olmadığını bildirib. O qeyd edib ki, bu gün siyasətçi ilə iki saat zaman keçirib və onun premyeraya getmək planı olmayıb.


Mixail Qorbaçov 1990-cı il martın 15-də Sovet İttifaqının tarixində ilk və son dəfə olaraq prezident seçilib. 2017-ci ildə verdiyi müsahibələrdən birində Qorbaçov Qərb ölkələrində Rusiyadan daha çox tanındığını söyləsə də, “Qərb ölkələrinə köçməyəcəyini, ömrünün sonuna qədər Rusiyada yaşayacağını” vurğulayıb.(oxu.az)

Açar sözlər
Mixail Qorbaçov , Sovet Ittifaqı , Tass Agentliyi , Moskva , Rusiya
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər