“MKİ Qadionu öldürməklə hərbi müdaxiləyə haqq qazandırmağa çalışır”

“MKİ Qadionu öldürməklə hərbi müdaxiləyə haqq qazandırmağa çalışır”
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin sabiq xüsusi məruzəçisi Alffred Zayas bildirib.

Sabiq məruzəçi bu məlumatı etibarlı mənbələrdən aldığını bildirərək, MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) Venesuelada Xuan Qadionu öldürməklə hərbi müdaxiləyə haqq qazandırmağa çalışıdığını deyib.

"Mən etibarlı mənbələrdən bilirəm ki, ABŞ son aylarda Venesuelada dövlət çevrilişinə hər cəhdi və ölkə prezidenti Nikolas Maduroya qarşı hər addımı maliyyələşdirib", - deyə Zayas fikrini tamamlayıb.

Sevinc Əliyeva

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər
"Rusiya XİN Ermənistanda nasistlərin qəhrəmanlaşdırılmasına artıq göz yuma bilməz" - Kuznetsov

"Rusiya XİN Ermənistanda nasistlərin qəhrəmanlaşdırılmasına artıq göz yuma bilməz" - Kuznetsov

08-05-2019 16:59 - Ordu.az - Siyasət
Faktiki olaraq bu hesabatla Kreml Köçəryanı və Sarkisyanı Ermənistan daxilində parçalanmağa məhkum etməklə Paşinyana ölkəsini nasistlərdən azad etməsi vəzifəsini yüngülləşdirməyə və bu yaxınlarda Almaniyaya rəsmi səfəri zamanı öz ölkədəsindəki daxili siyasi vəziyyəti 1946-cı ildə Nürnberqdə nasist cinayətkarları üzərində Beynəlxalq Hərbi Tribunalda məhkəmə iclaslarının getdiyi zaman Almaniyadakı vəziyyətlə müqayisə etməyə imkan verdi.


Mən baş verənlər fonunda öz rolumu vurğulamaq istəmirəm, lakin mənə anlamaq xoşdur ki, son bir ildəki əməyim Azərbaycan mətbuatının, siyasətçilərinin və diplomatlarının sayəsində hədər getmədi, ümumi kollektiv səylərimizlə ən yüksək səviyyəli Kreml kabinetlərinə səsimizi çatdıra bildik ki, Njde - nasist cinayətkardır.

Moskva bu faktı bir gecədə tanıya bilməzdi, çünki bundan sonra ona xaşagəlməyən belə bir sual səslənə bilər: bu barədə məlumatınız olduğu halda, niyə görə susurdunuz və səssizcə Ermənistanı nasistləşməkdə dəstəkləyirdiniz? Təbii ki, bu gün Rusiyanın siyasi elitasında kimsə belə bir sual yaranmasını istəmir, buna görə də Rusiya Xarici İşlər Nazirliyi belə bir axımlı yumşaq formula seçib, guya Njde ilə bağlı "nasistlərlə əməkdaşlığı barədə məlumatlar mövcuddur".