“MKİ Quaidonu öldürməklə hərbi müdaxiləyə haqq qazandırmağa çalışır”

“MKİ Quaidonu öldürməklə hərbi müdaxiləyə haqq qazandırmağa çalışır”
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT-nin sabiq xüsusi məruzəçisi Alffred Zayas bildirib.

Sabiq məruzəçi bu məlumatı etibarlı mənbələrdən aldığını bildirərək, MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) Venesuelada Xuan Quaidonu öldürməklə hərbi müdaxiləyə haqq qazandırmağa çalışıdığını deyib.

"Mən etibarlı mənbələrdən bilirəm ki, ABŞ son aylarda Venesuelada dövlət çevrilişinə hər cəhdi və ölkə prezidenti Nikolas Maduroya qarşı hər addımı maliyyələşdirib", - deyə Zayas fikrini tamamlayıb.

Sevinc Əliyeva

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər