Mnatsakanyan və Məmmədyarov Vaşinqtonda görüşə bilər

Mnatsakanyan və Məmmədyarov Vaşinqtonda görüşə bilər

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün keçirilən mətbuat konfransında azərbaycanlı həmkarı Elmar Məmmədyarovla növbəti görüşünün Vaşinqtonda ola biləcəyini söyləyib.

“Sputnik-Ermənistan”ın məlumatına görə, nazir amerikalı həmkarlarının dəvətini gözlədiyini dilə gətirib:

“Amerikalı həmkarlarımız adından danışmaq istəmirəm, onlar hazırlaşmalıdırlar. Bizim Parisdə və Moskvada görüşlərimiz olub, ATƏT-in Minsk qrupunun 3 həmsədri var. Üçüncü görüş Vaşinqtonda keçirilə bilər? Əlbəttə. Biz buna hazırıq. Növbəti mərhələ mütləq olmalıdır”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri son dəfə aprelin 15-də Rusiya XİN başçısının və Minsk qrupu həmsədrlərinin iştirakı ilə Moskvada görüşüblər.

Siyasət xəbərləri
Oxu.az digər xəbərlər