Moldova səfiri: "Milli Gimnastika Arenasında hər zaman yaxşı mühit var" - FOTO

Moldova səfiri: "Milli Gimnastika Arenasında hər zaman yaxşı mühit var" - FOTO

"Milli Gimnastika Arenasında hər zaman yaxşı mühit var, tamaşaçılar təkcə Azərbaycan millisini deyil, həm də digər ölkələrdən olan idmançıları dəstəkləyir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Moldovanın Azərbaycandakı səfiri George Luka deyib.

O bildirib ki, bu arenada ikinci dəfə bədii gimnastika yarışlarını izləyir:

"Azərbaycanda gözəl Gimnastika Arenası var. Bura təkcə gimnastika yarışları üçün yox, digər idman növləri üçün də nəzərdə tutulub".

Səfir qeyd edib ki, yarışların ilk günündə öz ölkəsinin idmançıları ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Milli.Az

İdman xəbərləri
Milli.az digər xəbərlər