Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilir

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilir

Bakı, 26 aprel, AZƏRTAC

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilir.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər aprelin 29-dan mayın 8-dək (şənbə və bazar günləri istisna olmaqla) Dövlət İmtahan Mərkəzində (DİM) təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M).

DİM-dən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya aşağıda qeyd edilən sənədləri şəxsən təqdim etməlidirlər:

1. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini və surətini (2019-cu ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);

2. Şəxsiyyət vəsiqəsi;

3. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi.

Müsabiqədə iştirak etmək hüququna 2019-ci il mayın 8-dək 19 yaşı tamam olmayan, DİM-də ayrıca qəbul imtahanı verən, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il mayın 11-də ayrıca qəbul imtahanı (rus dilində) keçiriləcək. Beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil fənləri üzrə, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyənlər isə rus dili, ədəbiyyat, riyaziyyat, tarix, xarici dil fənlərindən qəbul imtahanı verməlidirlər.

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplamış, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılırlar.

Müsahibə mayın 13–14-də Dövlət İmtahan Mərkəzində təşkil olunacaq və abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaq. Ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏU-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində 5 və 9 iyulda keçiriləcək. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatlarıwww.mgimo.ru saytından əldə etmək olar.

Qəbul olunanlardan aşağıdakı sənədlər tələb olunacaq:

1. Orta təhsil haqqında sənəd və onun Rusiya notariat kontorlarının biri və ya Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğu tərəfindən təsdiq edilmiş tərcüməsi;

2. Milli pasportun surəti;

3. 3x4 sm ölçüdə ağ-qara, parıltısız 12 ədəd fotoşəkil;

4. Xroniki xəstəliklər barədə məlumatı əks etdirən tibbi arayış;

5. Döş qəfəsi orqanlarının rentgen (flüoroqrafik) müayinəsinin nəticəsi;

6. Tarixləri göstərilməklə edilmiş peyvəndlər (tetanus, qan, difteriya, vərəm) barədə tibb müəssisəsinin möhürü ilə təsdiqlənmiş məlumat;

7. Sifilis və Hepatit B müayinəsinin nəticəsi;

8. İİV infeksiyasının olmaması barədə beynəlxalq sertifikat.

Açar sözlər
Mdb , Xarici Işlər Nazirliyi , Dövlət Imtahan Mərkəzi , Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti , Azərbaycan Respublikasındakı Konsulluğu , Bakı , Azərbaycan Respublikası , Moskva , Rusiya , Yasamal , Rusiya Federasiyası , Mikayıl Müşfiq Küçəsi
İqtisadiyyat xəbərləri
Sabahdan "Formula 1"ə görə bağlanacaq yollar (SİYAHI)

Sabahdan "Formula 1"ə görə bağlanacaq yollar (SİYAHI)

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat


 

 


 
 
 
Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı aprelin 22-dən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Bölmə rəisi bildirib ki, həmin gündən etibarən Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - "Azneft" meydanı istiqamətində - Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda Hökumət Evi istiqamətində - Üzeyir Hacıbəyov küçəsi ilə Afiyyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdiriləcək.
Qeyd edilən istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.
Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.
Eyni zamanda, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara aprelin 18-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslarından istifadə etmək tövsiyə olunur.
V.Əsədov bildirib ki, yarışın keçirilməsi ilə bağlı Bakı Şəhər Halqası kimi tanınan ərazidə yol nişanları qoyulub.
Azertag.az digər xəbərlər