Moskva Kinofestivalının qalibləri bəlli oldu

Moskva Kinofestivalının qalibləri bəlli oldu

41-ci Moskva kino festivalının qalibləri bəlli oluib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, festivalın baş mükafatı olan “Qızıl müqəddəs Georgi” bank kargüzarının həyatındakı böhrandan bəhs edən “Şəxsiyyətin böyüdülməsi üzrə treninq” adlı qazax filmi qazanıb.

“Ən yaxşı qadın rolu” nominasiyasında mükafat iranlı aktrisa Soxa Niastiyə “İkinci kursda mənim həyatım” adlı filmindəki roluna görə təqdim olunub.

“Ən yaxşı kişi rolu” nominasiyasında isə finlandiyalı aktyor Tomi Korpel “Boşluq” filmindəki roluna görə seçilib.

“Gümüş müqəddəs Georgi” mükafatını isə italiyalı rejissor Valeriya Mastandreaya ”O gülür” filmindəki rejissor işi qazandırıb.

Xatırladaq ki, Moskva Beynəlxalq Kinofestivalı 18-25 aprel tarixlərində Moskvada keçirilir və “A” kateqoriyalı festivallardan hesab olunur. Əsas müsabiqə proqramınaİran, Türkiyə, İtaliya, Rusiya, Finlandiya, Çin və başqa ölkələrdən olan 13 filmin qatıldığı bu ilki festivalın jüri heyətinə Kim Ki Duk rəhbərlik edib.

Mədəniyyət xəbərləri
Kulis.az digər xəbərlər