“Moskva qalib olduğu müharibədən dərs çıxara bilmədi” - Natiq Cəfərli


“Moskva qalib olduğu müharibədən dərs çıxara bilmədi” - Natiq Cəfərli

“İkinci Dünya Müharibəsindən keçən dövr bir çox məsələlərə aydınlıq gətirdi, güc anlayışının paradiqmasını, kontekstini dəyişdi, gücün tək silahdan, ordudan ibarət olmadığını göstərdi”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, müasir dünyada güc bilikdir, informasiyadır, iqtisadiyyatdır. Almaniya 2 Cahan savaşlarında silahla başara bilmədiyini son 70 ildə iqtisadiyyatla bacardı - Avropanın güc mərkəzinə çevrildi, dünyanın ən güclü 3 ölkəsindən biri oldu:

“Amma hələ də dünyada gücün orduda, silahda olduğunu düşünən, böyük ölkə olmağın ərazi ilə ölçüldüyünə inanan dövlətlər var. Rusiya müharibədə ən çox itki verən, ən çox dağıntıya məruz qalan ölkə oldu, amma hələ də II Dünya Müharibəsindən doğru nəticələr çıxara bilmədi. Hələ də düşünür ki, imperiya olmaq, böyük olmaq, güclü olmaq ərazi genişliyi, orduda əsgər sayının çoxluğu deməkdir. Uraldan Kamçatqaya qədər 33 km-ə cəmi 1 nəfər düşür, insan resurslarından, ölkənin böyük potensialından istifadə edə bilmir, amma Krımı işğal edir, Ukraynanın şərqini, Belarusun tamanı istəyir, Baltikyanı ölkələrə diş qıcıyır, Cənubi Qafqazı öz arxa baxçası sayır. Ağır mənzərədir, Moskva qalib olduğu müharibədən dərs çıxara bilmədi. Böyük dövlət olmağın yolunun iqtisadiyyat olduğunu dərk etmədi, güclü ölkə modelinə gedən yolun tək tank deyil də, keyfiyyətli ütü, tozsoran, telefon, kompüter istehsal etməkdən keçdiyini anlamadı. Bu gün nasizm bəlasında dünyanı qurtaran hər kəsi hörmətlə anıram...”

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 111