Moskvada Azərbaycan və Ermənistan XİN nazirləri görüşəcək

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiya xarici işlər naziri də iştirak edəcək
BAKI, 15 aprel — Sputnik. Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcək.
Məlumata əsasən, qapalı müzakirələr 29 mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.
Açar sözlər
Ilham Əliyev
, Elmar Məmmədyarov
, Sergey Lavrov
, Nikol Paşinyan
, Atət-In Minsk Qrupu
, Azərbaycan
, Qarabağ
, Moskva
, Rusiya
, Ermənistan
, Vyana