Moskvada Beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi keçirilib - FOTO

Moskvada Beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi keçirilib - FOTO

Aprelin 24-də Moskva şəhərində VIII beynəlxalq təhlükəsizlik konfransının rəsmi açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə 111 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan mindən artıq nümayəndə iştirak edir.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forum çərçivəsində keçirilən plenar iclaslarda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhlükələr və təhdidlər müzakirə olunur.

Milli.Az

Siyasət xəbərləri
Milli.az digər xəbərlər