Moskvadan Türkiyəyə qarşı strateji hiylə? - Pentaqondan ŞOK İDDİA

Moskvadan Türkiyəyə qarşı strateji hiylə? - Pentaqondan ŞOK İDDİA

ABŞ Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasını Moskvanın Ankara ilə Qərb müttəfiqləri arasında uçurum yaratmağa hesablanmış “strateji hiyləsi” hesab edir.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Erik Pahon deyib.

“Gürcüstan, Ukrayna və Suriyadakı Rusiya aqressiyası Türkiyənin təhlükəsizliyini zəiflədib. Biz səmimiyyətlə ümid edirik ki, Türkiyə S-400-lərdən imtina edəcək, hava məkanının təhlükəsizliyini NATO texnikasına uyğun sistemlərlə təmin edəcək və F-35 proqramına qoyduğu investisiyaları saxlayacaq. Biz 70 il ərzində yaxşı və çətin məqamlarda Türkiyə ilə müttəfiqimiz kimi çalışmışıq və bu münasibətləri qoruyub saxlamaqda qərarlıyıq”, - Pahon bildirib.

Siyasət xəbərləri
Publika.az digər xəbərlər