Motosikletçi 15 metrlik qayadan yıxıldı, sağ qaldı - VİDEO - FOTO

Motosikletçi 15 metrlik qayadan yıxıldı, sağ qaldı - VİDEO - FOTO

Böyük Britaniyadan olan 25 yaşlı motosikletçi Edrian Ouen idarəetməni itirərək, 15 metr hündürlükdə olan qayadan yıxılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, insidenti öz kamerası ilə çəkib və "Facebook" səhifəsində paylaşıb. Ekstrim həvəskarı yıxılaraq biləyini, dizini və çənəsini sındırıb.

"Bəxtim gətirdi ki, sağ qaldım. Xilasedicilərə, tibbi aviasiya komandasına, tibbi personala və mənə düşdüyüm situasiyada kömək edən hər kəsə minnətdaram", - deyə Ouen yazır.

Həvəskar idmançı xəstəxanaya helikopterlə təxliyyə olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İKT xəbərləri
Milli.az digər xəbərlər