Moura Çempionlar Liqası tarixinə düşdü

Moura Çempionlar Liqası tarixinə düşdü

"Tottenham" Çempionlar Liqasının yarımfinalının cavab oyununda "Ajax"ı məğlub edərək, finala vəsiqə qazanıb.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, sözügedən qarşılaşmada londonluların hər 3 qolunu vuran Lukas Moura, Çempionlar Liqası tarixinə düşüb.

Belə ki, Moura Çempionlar Liqası tarixində yarımfinal mərhələsində het-trik edən 5-ci futbolçu olub. Mouradan əvvəl Alessandro Del Pyero, İşiva Oliç, Robert Levandovski və Kriştiano Ronaldo ÇL-in yarımfinalında 3 qol vurmağı bacarıb.

Xatırladaq ki, "Tottenham" ilk oyunda "Ajax"a 0:1 hesabıyla məğlub olsa da, cavab qarşılaşmasında 3:2 hesablı qələbə qazanaraq, finala vəsiqə qazanıb.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İdman xəbərləri
Metbuat.az digər xəbərlər