Moura “Tottenhem”i finala daşıdı

Moura “Tottenhem”i finala daşıdı

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində ikinci cütlüyün cavab oyunu keçirilib.

SİA-nın məlumatına görə, Amsterdamda "Ayaks" və "Tottenhem" komandaları üz-üzə gəlib.

Londondakı ilk görüşdə qalib gələn hollandlar minimal hesablı üstünlükdən yararlana bilməyiblər. İlk hissədə “Ayaks”ın 2:0 hesabı ilə üstün olmasına baxmayaraq, ikinci hissədə qonaqların yarımmüdafiəçisi Lukas Moura 3 qol vuraraq komandasına möhtəşəm qələbə qazandırıb.

Qeyd edək ki, "Tottenhem" finalda "Liverpul"la üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.

"Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3
Qollar: De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun - 1:0

loading...

İdman xəbərləri
Sia.az digər xəbərlər