Müasir Azərbaycan Bəstəkarı və Zaman adlı Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib - (+FOTOLAR)

Müasir Azərbaycan Bəstəkarı və Zaman adlı Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib - (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə 11-12 aprel 2019-cu il tarixlərində “Müasir Azərbaycan Bəstəkarı və Zaman” adlı Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib.
Konfransda ilk öncə Ü.Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, BMA-nın Tədris işləri üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Nərminə Quliyeva və BMA-nın Tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova çıxış edərək iştirakçılara bu mühüm yolda yeni nailiyyət və uğurlar arzu ediblər.

Bunun ardınca Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Müasir Azərbaycan Bəstəkarı və Zaman” adlı Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransında bir-birindən maraqlı məruzlər səslənməyə başlayıb.

Qeyd edək ki, iki gün ərzində dəvam edən doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransında Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova, Sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professorları Aytac Rəhimova, Cəmilə Həsənova, Könül Nəsirova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova, Sənətşünaslıq üzrə fəlsəfə doktorları Alyona İnyakina, Dilbər Məmmədova, Mina Babayeva bölmə rəhbəri qismində iştirak edib. “Müasir Azərbaycan Bəstəkarı və Zaman” adlı Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransının sonunda bütün iştirakçılara sertifikat təqdim edilib.

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

Mədəniyyət xəbərləri
Azpress.az digər xəbərlər
Yüzlərlə gənc könüllülər sıralarına qatılır (+FOTOLAR +VIDEO)

Yüzlərlə gənc könüllülər sıralarına qatılır (+FOTOLAR +VIDEO)

26-04-2019 12:34 - Azpress.az - Siyasət
AZ xəbər verir ki, ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.
Dövlət İdarəçilik Akademiyasında, İqtisad və Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində, Bakı Ali Neft Məktəbində keçirilən təqdimatlarda ETSN-nin nümayəndələri tərəfindən tələbələrə eko könüllü proqramının məqsədi, iştirak qaydaları, imkanları və gənclərin bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq.
Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər.