“Müasir dünyada hərbi paradların mənası və təsiri xeyli azalıb”

“Müasir dünyada hərbi paradların mənası və təsiri xeyli azalıb”

Faşizm üzərindəki qələbəninildönümü bəzi ölkələrdə, xüsusilə də Rusiyada təntənə ilə qeyd olundu. Bir çoxdövlətədn fərqli olaraq, Moskvada bununla bağlı parad da təşkil edildi ki, buda 9 may tarixinin Kreml üçün öz ənənəvi cazibəsini qoruyub saxladığını göstərir.

Bu tarixi günlə bağlıparadlaırn keçirilməsi nə dərəcədə zəruridir? Ümumiyyətlə, müasir dövrdə hərbiparadlar ötən əsrin ikinci yarısı ilə müqayisədə öz önəmini artırıb, yoxsaazaldıb?

Moderator.az-a açıqlamaverən hərbi ekspert Azad İsazadə çağdaş dünyada hərbi paradların əhəmiyyətininsürətlə azalmaqda olduğunu vurğuladı:

“XXI əsrdə hərbiparadların mənası və təsiri xeyli azalıb. Moskvada keçirilən parad heç də qələbəilə bağlı deyil. Bu, sadəcə Rusiyanın dünyaya hərbi gücünü nümayiş etdirməsidir.

II Dünya Müharibəsindəiştirak edən və qalib olan dövlətlərin çoxunda xeyli müddətdir ki, hərbi paradlarkeçirilmir. Qeyd edən ölklər isə bunu QələbəGünü kimi deyil, Avropa Günü kimi qeyd edirlər. Bunu isə daha çox mayın 8-dəkeçirirllər. Bu günü qeyd edənlərin içərisində Almaniya da, onun keçmiş müttəfiqləridə var. Bu gün həmin ölkələrdə Birləşmiş Avropa Günü kimi qeyd olunur.

Bir sözlə, artıq paradlaröz ilkin, əvvəlki əhəmiyyətini xeyli dərəcədə itirib və o qədər də önəm kəsbetmir”.

Seymur ƏLİYEV

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər