​Mübariz Mənsimov prezidentliyə namizəd olacaq? – AZƏRBAYCANLI MİLYARDER XƏBƏRLƏRƏ REAKSİYA VERDİ

​Mübariz Mənsimov prezidentliyə namizəd olacaq? – AZƏRBAYCANLI MİLYARDER XƏBƏRLƏRƏ REAKSİYA VERDİ

Türkiyədə yaşayan azərbaycanlı məşhur iş adamı Mübariz Mənsimov son zamanlar yenidən media və sosial şəbəkələrin diqqət mərkəzinə düşüb. Son iki gündə sosial şəbəkələrdə həmyerlimizin Azərbaycanda prezidentliyə namizəd olmasına dair çağırışlar yer alır.
Amma Mübariz Mənsim özü barəsində yayılan bu cür çağırışların təxribat olduğunu deyib.
İş adamı özünün sosial şəbəkədəki hesabında açıqlama yayıb.
Həmin açıqlamanı təqdim edirik:
Son günlər sosial mediada əslində xoş niyyətə söykənməyən paylaşımlar diqqətimi çəkib. Xüsusilə, trol hesablar və səhifələr tərəfindən məqsədyönümlü paylaşıldığı şübhə doğurmayan bu qeydlərdə mənim prezidentliyə namizəd olmağıma çağırışlar səslənir. Dəfələrlə demişəm və bu gün də bəyan edirəm ki, mən siyasət adamı deyiləm. Belə bir niyyətim də yoxdur.
O çağırışlara xoş niyyətlə reaksiya verən sadə həmvətənlilərimə isə demək istəyirəm ki, gördüyüm bütün işlər inslarımız və dövlətimiz üçün etmişəm.Ona görə də bu tipli təxribatlara uymamağa çağırıram.Bunu edənlər uzun zamandır ki, mənə qarşı “qara piar” aparan qrupdur. Bu qrup ucuz piara əl atmazdan əvvəl dərketməlidir ki, Mübariz Mənsimov başqa bir ölkənin vətəndaşıdır. “Palmali”ni böyütməkdən, gücləndirməkdən başqa bir iddiam yoxdur. Bəziləri kimi arxadan oyun oynamıram.
Mən hər zaman Prezidentimin, xalqımın yanındayam. Yediyim qaba tüpürmərəm, bəzi adamlar kimi… Demişəm, bu gün də deyirəm.İş adamı siyasətdən uzaq olmalıdır. İş adamı ancaq dövlətinin yanında olmaldır.”/bizimyol.info

Siyasət xəbərləri
Prezidentin sərəncamına əsasən bu şəxslərə 1000 manat veriləcək

Prezidentin sərəncamına əsasən bu şəxslərə 1000 manat veriləcək

23-04-2019 17:05 - Demokrat.az - Siyasət
Az-ın xəbərinə görə, sərəncamla 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1000 manat məbləğində, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Sənədlə Maliyyə Nazirliyi həmin vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın bu sərəncamda nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Demokrat.
Muxalifet.az digər xəbərlər