Mübariz Qurbanlı: Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur

Mübariz Qurbanlı: Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur

Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Dinlərarası dialoq və radikalizmlə mübarizə" mövzusunda keçirilən II Beynəlxalq konfransda çıxışı zamanı deyib.

DQİDK sədri bildirib ki, Yeni Zelandiya, Şri Lankada baş verən hadisələr kimi terror əməllərinin kökünü kəsmək bəşəriyyətin qarşısında duran bir nömrəli məsələlərdəndir:

"Müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışına nümunə olacaq ölkələr arasında Azərbaycan çox mühüm yer tutur. Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur. Bu gün Azərbaycan Prezidentinin siyasətində tolerant dəyərlər çox ciddi şəkildə mühafizə olunur. Azərbaycanda bu gün 32 qeyri-müsəlman dini icması fəaliyyət göstərir. Ölkədə dini etiqad azadlığı tam təmin edilib".

Siyasət xəbərləri
Mətbuat Şurasına yeni üzvlər qəbul olundu

Mətbuat Şurasına yeni üzvlər qəbul olundu

25-04-2019 00:41 - Yenisabah.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər. İclasda Şikayətlər üzrə Komissiyanın qəbul etdiyi rəylər əsasında qərarlar da qəbul edilib.
Cia.az digər xəbərlər