Mübarizi aşağılayan qız barəsində MƏHKƏMƏ QƏRAR


Mübarizi aşağılayan qız barəsində MƏHKƏMƏ QƏRAR VERDİ

Milli qəhrəman Mübariz İbrahimov haqqında səsləndirdiyi mənfi fikirlərə görə ittiham olunan Nərmin Şahmarzadənin işi ilə bağlı Bakı Apellyasiya məhkəməsi qərar verib. Xətai rayon məhkəməsinin işi icraata götürməsindən imtina qərarı ilə bağlı apellyasiya şikayəti təmin olunub.

oxu24.com -un məlumatına görə, bu barədə Şahmarzadəni məhkəməyə verən şəxslərin vəkili Ramil Rüstəmov bildirib:

"Birliyimiz və mübarizliyimiz qələbə çaldı!!!

Milli varlığımız olan Milli qəhrəmanımız Mübariz İbrahimov barədə böhtan və təhqir söyləmiş Nərmin Şahmarzadə barədə xüsusi ittiham qaydasında verdiyimiz şikayətin icraata götürülməsindən imtina olunması barədə 22 yanvar 2018 ci il tarixli Xətai rayon Məhkəməsinin qərarından verdiyimiz apellyasiya şikayəti bu gün təmin olundu və işin icraata qəbul edilməsi, Nərminin təqsirləndirilən şəxs bizi isə xüsusi ittihamçı kimi tanıması və ədalətli araşdırılma aparılması üçün Xətai məhkəməsinə göndərdi!!!".

loading...

Paylaş:

10-apr, 2019 3 985

loading...

Загрузка...

loading...

Açar sözlər
Mübariz Ibrahimov , Ramil Rüstəmov , Bakı Apellyasiya Məhkəməsi , Xətai Rayon Məhkəməsi , Xətai
Hadisə xəbərləri
Oxu24.com digər xəbərlər

FHN işçi axtarır -İşsizlərə şad xəbər!

10-04-2019 15:18 - Oxu24.com - Hadisə
Oxu24.comFHN-in saytına istinadən xəbər verir ki, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dək, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Gəncə şəhərində, FHN-in Gəncə Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Gəncə şəhərinin,Samux,Daşkəsən,Gədəbəy,Göygöl,Şəmkir,Tovuz,Ağstafa,rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarənşəhərində, FHN-in Şimal-qərb Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyəQəbələ,İsmayıllı,Şamaxı,Ağsu,Qobustan,Oğuz,Şəki,Qax,Zaqatala,rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarənşəhərində, FHN-in Muğan Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Şirvan şəhərinin,Salyan,Neftçala,Biləsuvar,İmişli,Sabirabad,Saatlı,rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.
Orduda işləmək istəyənlərin nəzərinə!

Orduda işləmək istəyənlərin nəzərinə!

10-04-2019 09:50 - Oxu24.com - Siyasət
Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;- doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - 2 nüsxədə;- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə;- məhkumluğun olmaması barədə qeydiyyatda olduğu rayon Polis İdarəsi (şöbə, bölmə) tərəfindən verilmiş arayış.