Müəllim gördüyü mənzərədən ŞOKA düşdü- İlanlar.../FOTOLAR

Müəllim gördüyü mənzərədən ŞOKA düşdü- İlanlar.../FOTOLAR

Hakkarinin Yüksekova rayonunda müəllimlik edən eyni zamanda, turist olaraq müxtəlif qəsəbələri, rayonları gəzən Ümid Bartın gəzinti zamanı şoka düşüb.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, rayondan 21 kilometr uzaqlıqdakı Qarabəy qəsəbəsinə gedən müəllim qarşısında bir sürü ilan görüb. O, buranın xalq arasında "ilan çeşməsi" olaraq tanındığını bildirib.

Bartın açıqlamasında "Brazilyanın İlan adası kimi qarşımda yüzlərlə ilan dururdu. Yaşadığım ərazidə bu cür heyvanların olması məni xoşbəxt etdi. Bu mənzərəni qaçıra bilməzdim. Onların zərər görməyəcəyi şəkildə müxtəlif nöqtələrdən foto və videolarını çəkməyə çalışdım"-deyib.

Aysel Yaqubqızı / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mədəniyyət xəbərləri
Metbuat.az digər xəbərlər