Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Bakıda müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sınaq imtahanı keçiriləcək.


Təhsil Nazirliyindən baku.ws-ə verilən məlumata görə, sınaq imtahanına qeydiyyat prosesi davam edir.


Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.


Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən mayın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.


Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər