Müəllim və valideynlər qəbul edilib

Müəllim və valideynlər qəbul edilib

Mayın 10-da paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. "OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması,vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi,təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı211 nömrəli tam orta məktəbdə Nəsimi və Binəqədirayonları üzrə keçirilmiş qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, fənn kabinetləri,məktəblərin qarşısında piyada zolağının çəkilməsi,ali məktəblərə ekskusiyaların təşkili və digər müvafiq məsələlərlə bağlımüraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər