Müəllimlərə silah gəzdirməyə icazə verildi: "Atışma çıxanda məsələni saniyələr həll edir..."

Müəllimlərə silah gəzdirməyə icazə verildi:  "Atışma çıxanda məsələni saniyələr həll edir..."

Moderator.az "The Wall Steet" jurnalına istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatı Senatının Qanunvericilik Məclisi, geniş ictimai rezonansa baxmayaraq müəllimlərin silah daşımasına imkan verən qanun layihəsini təsdiqləyib.

"Müdafiə proqramı" nı dəstəkləmək üçün 22 millət vəkili müsbət rəyini bildirib, 17 nəfər isə əleyhinə səs verib. Sənədə görə, müəllimlərin müvafiq proqramda iştirakı məsələsi ştatın məktəb şuralarının ixtiyarına verilmişdir.


"Məktəbdə atışma çıxanda, məsələni saniyələr həll edir. Bu qanun imkan verir ki, məktəb personalından olan könüllülər günahsız uşaqların qorunmasında sonuncu müdafiə xətti rolunu oynasınlar”- Qanunvericilik Məclisi Senatının rəhbəri Bill Qalvano bildirib.

Qeyd edək ki, bu sənəd Florida ştatının Qanunvericilik Assambleyası Nümayəndələr Palatası tərəfindən nəzərdən keçiriləcək, bundan sonra imzalanmaq üçün qubernatora göndəriləcək.

ABŞ Təhsil məsələləri üzrə Komissiyanın verdiyi məlumatlara görə, artıq səkkiz Amerika ştatında yerli qanunvericilik təhsil müəssisələrinin müəyyən işçilərinə odlu silah və ya digər silahlar daşımasına icazə verir.

20 apreldə ABŞ polisi doqquz adam öldürməyə hazırlaşmaqda şübhəli bilinən iki 14 yaşlı məktəbli qızı saxlayıb. Hüquq-mühafizə orqanları uşaqların planları haqqında Florida ştatının Eyvon Parkında məktəb müəlliməsnin müraciətinə belə reaksiya bildiriblər.

Açar sözlər
Abş , Florida
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər