Müğənni Səidə ŞOK SƏS YAZISINI YAYDI


Müğənni Səidə Sultan onun haqqında fikirlərini bildirən jurnalist Saranın səs yazısını yayıb.

BiG.AZ xəbər verir ki, Səidə səs yazısını paylaşaraq bunları yazıb:

"Bu gün mediada adıma heç bir həqiqətə uyğun gəlməyən xəbər yayımlandı və mən üstümə atılan şəri, böhtanı araşdırmalı idim! Araşdırdım və nəticəni yenə də siz tamaşaçıların ixtiyarına verirəm. Jurnalist dediyin - düzünü yazan, faktlarla danışan kəsdir, sübut göstərənə boynum qıldan incədir".

Jurnalist Sara isə açıqlamasında bildirdiyi fikirləri Səidənin ünvanına yox, şou-bbiznes nümayəndələrinin ünvanına səsləndirdiyini deyib:

"Ümumi şou-biznes əhlindən danışmışam və şou-biznesin bəzi qadın müğənnilərinə müraciətimdir. Bizim şəxsi işimizə qarışmayın deməyin. Hamı sizi görür və hər yerdə onların əməllərindən danışırlar. Kimsə onlara cavab verməlidir və bunu mən etdim".

Mədəniyyət xəbərləri
Big.az digər xəbərlər