Mülkiyyətçi sükutu pozdu - VİDEO

Mülkiyyətçi sükutu pozdu - VİDEO

Xətai rayonu, M.Hadi küçəsində ağacların icazəsiz köçürülməsi və kəsilməsində günahlandırılan torpaq mülkiyyətçisi ittihamlara cavab verib.

Mülkiyyətçi Həzrət Temirovun oğlu Rüstəm Temirov REAL-a bildirdi ki, həmin ərazi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə atasının mülkiyyətinə verilib.

Rüstəm Temirov ağacları kəsməzdən və köçürməmişdən əvvəl götüntülərini çəkdiyini, kəsilən ağacların quruduğunu deyir.

ETSN-in məlumatına görə, yaşıllıq sahəsində torpaq mülkiyyətçisi tərəfindən 25 meyvə ağacının kəsildiyi, 2 zeytun ağacının və 96 nar kolunun köçürüldüyü müəyyən edilib.

Bununla bağlı sənədlər prokurorluğa göndərilib. Mülkiyyətçilərin vəkili isə prokurorluğa hansı əsasla müraciət edildiyini bilmir. Onun dediyinə görə, müdafiə etdiyi şəxslər mülkiyyət hüquqlarından istifadə ediblər.

Mülkiyyətçilərin verdiyi məlumata görə, onlar şəhər icra hakimiyyətinin sərəncamı ilə mülkiyyətlərinə verilmiş torpaq sahəsində bina tikintisi aparmaq niyyətində deyillər.

Hadisə xəbərləri
Realtv.az digər xəbərlər