Müqəddəs bayramda da alıcıları aldadırlar: Bazarda QİYMƏTLƏR – REPORTAJ+FOTOLAR

Müqəddəs bayramda da alıcıları aldadırlar: Bazarda QİYMƏTLƏR – REPORTAJ+FOTOLAR

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur. Artıq məscidlərdə bayram namazı qılınıb. Bu il mayın 17-dən başlayan Ramazan ayı başa çatır.

Adətən bayram vaxtı bazarlara üz tutanların sayında artım olur. Hamı istəyir ki, bayramda süfrəsini daha zəngin etsin. Əlbəttə ki, maddi imkan yol verdiyi həddə qədər.
Bəs bazarlarda qiymətlər ciblərə uyğundurmu?

Xeberle.com-un verdiyi məlumata görə, Modern.az saytının əməkdaşları qiymətləri əyani görmək və göstərmək üçün "Yaşıl bazar”da olub.

Bazarda olan satıcılar alıcı qıtlığından şikayətləndilər. Açığı, ümumi mənzərə də bundan xəbər verirdi. Satıcı çox, alıcı yox...

Damara baxarlar, qan alarlar...

Hər nə qədər sonradan inkar etsələr də, əksər satıcılar məhz bu atalar sözünü iş prinsipi elan edib desək, yanılmarıq. Məsələn, satıcı Elçin "Bazar işi belədir. Adama baxıb ona uyğun qiymət müəyyən edirik. Tutaq ki, elə adama eyni məhsulu 1 manata, eləsinə 4 manata, eləsinə də 6 manata satırıq” deməklə, bunu təsdiq etdi. Düzdür, hamının prinsipi oxşar deyildi. Bəzi satıcıların bir müştəri görəndə belə gözləri parıldayırdı. Təki bazar olsun....

Meyvə satıcısı Murad deyir ki, alıcılar bazara ən çox səhər saatlarında gəlirlər: "Təqribi saat 12-1 arasında bir az da olsa, müştərilərimiz olur. Amma bazarda vəziyyət qənaətbəxş deyil. Hazırda durğunluq dövrü yaşayırıq. Ümid edirik ki, bayram olduğu üçün müştərilərimizin də sayı artar”.

Maraqlıdır ki, bazarın girişi ilə sonu arasındakı məhsulların qiymətlərin ciddi uçurum var idi. Satıcı Elçin İsmayılovun sözlərinə görə, bunun konkret səbəbləri var: "Yəqin giriş hissədəki qiymətləri gördünüz. Bizdən fərqli olaraq, onlar malları 2-3 qat artıq qiymətə satırlar.

Maşınla gələnlər alış-veriş rahat olsun deyə, elə onlara lazım olanları giriş hissədən alıb gedirlər. Bazarın orta hissəsinə gəlsəniz, qiymətlərin bir qədər aşağı olduğunu görəcəksiniz. Ümumiyyətlə is, hazırda alıcılıq qabiliyyəti çox zəifdir. Baxmayaraq ki, sabah bayramdır, görürsüz, camaat yoxdu”.

Hamı rayona gedib...

Göy-göyərti satan xanım da alıcıların az olduğundan şikayətlənirdi: "Bayram olduğuna görə, hamı rayona gedib. Kimdi gəlib burdan nəsə alan?! Elə mənim məhsullarım da az satılır”.

Alıcı Nahidə Əliyeva evinə bazarlıq etmək istəsə də, qiymətlər cibinə görə deyildi:
"Bazardakı qiymətlər məni qane etmir, çox bahadır. İstədiyimiz meyvələri ala bilmirik. Ailəmiz kiçikdi, bazarlıq etmək üçün ən azı 30 manat lazım olur. Amma buna da gücümüz çatmır”.

Digər alıcı Vüqar Ağayev isə qiymətlərin normal olduğunu düşünürdü: "Burada gəzib keyfiyyətli və qiyməti münasib olan məhsulu almağa çalışırıq. Keçən ilki qiymətlərlə müqayisədə cüzi fərqlər var. Çalışırıq ki, hər meyvədən müəyyən qədər alaq. Bazara hər gələndə ortalama 30-40 manat xərcləməli oluruq”.

Çərəz alış-verişi ilə məşğul olan satıcı Əfqan Musayev deyir ki, yay fəsli olduğu üçün alıcılar daha çox təzə meyvələrə üstünlük verirlər:

"Quru meyvə alan yoxdur. Yenə dənli bitkilərin öz alıcıları var. Yaz ayların girəndən bəri demək olar ki, çərəzlərə maraq da azalıb”.

Modern.az-ın əməkdaşı bazardakı malların qiymətlərini dəqiqləşdirib. Onlarla siz də tanış olun:

Tərəvəz

Pomidor - 80 qəpikdən başlayır
Sarı pomidor -7 manat
Xiyar - 70 qəpikdən başlayır
Soğan - 1 manat
Qırmızı soğan- 2 manat
Badımcan - 1manatdan başlayır
Lobya - 1 manat 50 qəpik
Kələm - 50 qəpik
Kök - 1 manat
Çuğundur -1 manat
Kartof - 30 qəpik - 1manat 50 qəpik
Turşular - 1-10 manat
Göyərti - 7 dəstəsi 1 manat
Qarğıdalı -1 ədəd 80 qəpik
Bibər - 4 manat

Meyvələr


Kakos - 2 manat
Qarpız - 1.50 manat
Yemiş - 2.50 manat
Gilas - 6 manat
Tut - 4 manat
Çiyələk - 1.5- 6 manat
Alça -1-6 manat
Alma - 4-5 manat
Şaftalı – 5 manat
Ərik -2 manatdan başlayır
Banan - 2.50 manat
Qarağat -5-12 manat
Moruq - 8 manat
Limon - 40 qəpikdən başlayır
Alma- 50 qəpik-2.5 manat
Armud -2.50-4 manat
Kivi- 2-2.50 manat
Heyva- 1.50 -3 manat

Ət və süd məhsulları

Quzu əti- 12 manat
Mal əti-10 manat
Kənd toyuğu - 6 manatdan başlayır
Pendir - 4 manatdan başlayır
Motal pendiri - 12 manat
Qatıq- 800 qramı 1 manat, 3 kq – 3.50 manat
Nehrə yağı - 10-12 manat

Balıqlar


Balıq kütüm - 8-9 manat
Naxçıvan sazanı - 9 manat
Kifal - 8 manat
Dondurulmuş sudak - 11 manat
Bejden -10 manatdan başlayır
Belamur - 10 manat
Farel - 10 manat
Qızıl balıq- 35 manat
Asatrin – 35 manat

Quru meyvələr və çərəz


Düyü (uzun) - 4 manat
Yumru düyüsü-1 manat 50 qəpik
Noxud- 2 manat 60 qəpikdən başlayır
Qaragöz lobya - 3 manat 40 qəpik
Qırmızı lobya-2 manat 70 qəpik
Ala lobya-4 manat 20 qəpik
Maş lobya – 3 manat 40 qəpik
Qırmızı mərci – 1 manat 50 qəpik
Yaşıl mərci – 1 manat 60 qəpik
Qarabaşaq – 1 manat
Qaysı- 12 manat
Meyvə quruları – 6 manat 50 qəpikdən başlayır
Qoz- ləpə 13.50 manatdan başlayır
Fındıq- ləpə- 13 manat
Badam-20 manat
Kişmiş-15 manat
Şabalıd-8manat
Badam - 21 manat
Püstə - 23 manat

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

İqtisadiyyat xəbərləri
Xeberle.com digər xəbərlər
Müqəddəs bayramda da alıcıları aldadırlar: Bazarda QİYMƏTLƏR – REPORTAJ+FOTOLAR

Müqəddəs bayramda da alıcıları aldadırlar: Bazarda QİYMƏTLƏR – REPORTAJ+FOTOLAR

15-06-2018 11:47 - Xeberle.com - İqtisadiyyat
Bazara hər gələndə ortalama 30-40 manat xərcləməli 
oluruq”.





Çərəz alış-verişi ilə məşğul olan satıcı Əfqan Musayev deyir ki, yay
 fəsli olduğu üçün alıcılar daha çox təzə meyvələrə üstünlük verirlər:
 
 "Quru
 meyvə alan yoxdur. Onlarla siz də tanış olun:




Tərəvəz
 
 Pomidor - 80 qəpikdən başlayır
 Sarı pomidor -7 manat
 Xiyar - 70 qəpikdən başlayır
 Soğan - 1 manat
 Qırmızı soğan- 2 manat
 Badımcan - 1manatdan başlayır
 Lobya - 1 manat 50 qəpik
 Kələm - 50 qəpik
 Kök - 1 manat
 Çuğundur -1 manat
 Kartof - 30 qəpik - 1manat 50 qəpik
 Turşular - 1-10 manat
 Göyərti - 7 dəstəsi 1 manat
 Qarğıdalı -1 ədəd 80 qəpik
 Bibər - 4 manat
 
 Meyvələr
 
 Kakos - 2 manat
 Qarpız - 1.50 manat
 Yemiş - 2.50 manat
 Gilas - 6 manat
 Tut - 4 manat
 Çiyələk - 1.5- 6 manat
 Alça -1-6 manat
 Alma - 4-5 manat
 Şaftalı – 5 manat
 Ərik -2 manatdan başlayır
 Banan - 2.50 manat
 Qarağat -5-12 manat
 Moruq - 8 manat
 Limon - 40 qəpikdən başlayır
 Alma- 50 qəpik-2.5 manat
 Armud -2.50-4 manat
 Kivi- 2-2.50 manat
 Heyva- 1.50 -3 manat

Ət və süd məhsulları
 
 


Quzu əti- 12 manat
 Mal əti-10 manat
 Kənd toyuğu - 6 manatdan başlayır
 Pendir - 4 manatdan başlayır
 Motal pendiri - 12 manat
 Qatıq- 800 qramı 1 manat, 3 kq – 3.50 manat
 Nehrə yağı - 10-12 manat
 
 Balıqlar




Balıq kütüm - 8-9 manat
 Naxçıvan sazanı - 9 manat
 Kifal - 8 manat
 Dondurulmuş sudak - 11 manat
 Bejden -10 manatdan başlayır
 Belamur - 10 manat
 Farel - 10 manat
 Qızıl balıq- 35 manat
 Asatrin – 35 manat
 
 Quru meyvələr və çərəz
 
 
 Düyü (uzun) - 4 manat
 Yumru düyüsü-1 manat 50 qəpik
 Noxud- 2 manat 60 qəpikdən başlayır
 Qaragöz lobya - 3 manat 40 qəpik
 Qırmızı lobya-2 manat 70 qəpik
 Ala lobya-4 manat 20 qəpik
 Maş lobya – 3 manat 40 qəpik
 Qırmızı mərci – 1 manat 50 qəpik
 Yaşıl mərci – 1 manat 60 qəpik
 Qarabaşaq – 1 manat
 Qaysı- 12 manat
 Meyvə quruları – 6 manat 50 qəpikdən başlayır
 Qoz- ləpə 13.50 manatdan başlayır
 Fındıq- ləpə- 13 manat
 Badam-20 manat
 Kişmiş-15 manat
 Şabalıd-8manat
 Badam - 21 manat
 Püstə - 23 manat





































Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.