Musabəyov popkorn məsələsinin sonuna çıxdı


Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxaq görək, bu nə qədər davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi muzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rasim Musabəyov bildirib.

Deputat əlavə edib ki, sosial şəbəkədə müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir: “Sadə feysbuk statusu ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. Bu, mənim üçün sosial şəbəkə vasitəsilə içtimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın”.

Qeyd edək ki, dünən R. Musabəyov Feysbukda yazdığı statusda Azneft meydanı yaxınlığında yeraltı keçiddə bir gəncin popkorn satmasını sərt tənqid edib. Deputatın statusu sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılaşmayib. Hətta bu statusa xeyli tənqidi şərhlər yazılıb.


Siyasət xəbərləri
Qobu qəsəbəsində şəhidlərin xatirəsi yad edilib (+FOTOLAR)

Qobu qəsəbəsində şəhidlərin xatirəsi yad edilib (+FOTOLAR)

08-05-2019 04:30 - Azpress.az - Siyasət
AZ xəbər verir ki, Abşeron rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Qobu qəsəbəsindəki Şəhidlər kompleksində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Silahlı Qüvvələrin əsgəri Heydərov Əli İntiqam oğlunun və qəsəbə şəhidlərinin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Şəhidlər muzeyi önündə keçirilən mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi Veteranları, yüzlərlə qəsəbə sakini, şəhidin yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidin ailəsinə başsağlığı verib və aprel döyüşləri zamanı hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışan İradə Gülməmmədova qeyd edib ki, dörd günlük savaşda düşmən ordumuzun qüdrəti qarşısında vahiməyə düşərək bir daha əmin oldu ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir.
İ.Gülməmmədova çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirib.
Mərasimdə iştirak edən qonaqlara öz minnətdarlığını bildirərən şəhidin atası İntiqam Heydərov qeyd edib ki, bu gün bir daha əmin oldum ki, Əli ölməyib, o, bu gün yaşayır.
Teleqraf.com digər xəbərlər